Kamandar Eyvazlı tutduğu vəzifədən azad edilib

Kamandar Eyvazlı tutduğu vəzifədən azad edilib

Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Kamandar Eyvazlı tutduğu vəzifədən azad edilib.SİA-nın verdiyi məlumata görə, onun yerinə Araz Ağayev təyin edilib. Kamandar Eyvazlının vəzifəsini tərk etməsi onun səhhəti ilə bağlı olduğu bildirilir.

Qeyd edək ki, "Azəriqaz"ın yeni mətbuat katibi Araz Ağayev indiyədək də ARDNŞ strukturlarında çalışıb. O, 1999-2006-cı illərdə "Kaspi" qəzetində, xidmət rəhbəri təyin olunanadək isə ARDNŞ-ın Neft-Qaz Elmi-Tədqiqat Layihə İnstitutunda kadrlar şöbəsinin rəisi vəzifəsində çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə