Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri seçildi

Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri seçildi

Dünya Azərbaycanlı Gənclər Birliyinin sədri müəyyən olub. SİA-nın xəbərinə görə, bu vəzifəyə Diasporla İş üzrə Dövlət Komitəsinin məsul işçisi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi sədrinin müavini Ramil Məmmədov seçilib.

Bundan əlavə, Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayında təşkilatın 39 nəfərlik Mərkəzi Şurası təşkil olunub. Şura üzvləri arasında Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyeva, Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov, Amerika-Azərbaycan Alyansının direktoru Anar Məmmədov da var. Bundan əlavə, qurultayın sonunda təşkilatın 7 nəfərlik Nəzarət Təftiş Komissiyası da seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə