Qərb bölgəsində aqroservislərin xidmətlərinə maraq artıb

Qərb bölgəsində aqroservislərin xidmətlərinə maraq artıb

Yaz səpin işlərinin başlaması ilə Aqroservis Filialları gücləndirilən iş rejiminə keçib. Şəmkir Aqroservis Filialı qərb bölgəsində fermerlərə xidmət göstərmək üçün hazır vəziyyətə gətirilib. Qurumun rəisi Azər Əliyevin SİA-nın bölgə müxbirinə verdiyi məlumata əsasən, artıq bütün texnikalar və digər avadanlıqlar yaz mövsümündə fermerlərin ixtiyarına veriləcək.


Şəmkir Aqroservis Filialı ən iri aqroservis filiallarından hesab olunur. Statistikaya əsasən sözügedən qurumun dəstəyi ilə qərb bölgəsində təxminən 2 min hektardan artıq ərazidə səpin işləri həyata keçirilib. Dövlət tərəfindən təsdiq edilən sabit qiymət cədvəli əsasında həyata keçirilən aqrotexniki qulluqlar da məqsəd kənd təsərrüfatının inkişafına istiqamətlənib.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə