SİA-nın növbəti səs-küylü uğuru

SİA-nın növbəti səs-küylü uğuru

"Səs İnformasiya Agentliyində bir çox yeniliklər olacaq", - deyə SİA-nın marketinq və PR meneceri Nigar Əliyeva bildirib. Nigar xanımdan aldığımız məlumata görə, istifadəçilər sia.az sayıtından lazımlı və sevindirici xəbərlər əldə edə biləcək.

Bundan da əlavə N.Əliyeva söyləyib ki, Səs İnformasiya Agentliyi Azərbaycanda analoqu olmayan layihə üzərində işləyir. Sözügedən layihə Azərbaycanda olan işsizlər üçün yeni perspektivlər açacaq. Hətta internet vasitəsilə alqı-satqı edib, öz elanlarını birbaşa agentliyin vebsaytınında yerləşdirə bilmək imkanı da yaradılıb".

PR meneceri onu da vurğulayıb ki, Səs İnformasiya Agentliyi sürətlə irəliyə gedir: "Əminəm ki, bir çox agentliklər bizimlə rəqabətə girməkdən boyun qaçıracaq. Hər zaman yeni xəbərləri, dünyada baş verən hadisələri insanlara tam dəqiqliyi ilə yönləndirir".

Sonda onu da qeyd edim ki, saytda avto satış və alış bölməsi və mənzil alış və satış bölməsi də insanların ixtiyarına veriləcək. "Bir sözlə karyera qurmaq istəyənlər sia.az sayıtına daxil olsunlar"-deyə Nigar xanım əlavə edib.

Sonda həmin saytları sizlərə təqdim edirik:

avto.sia.az, ev.sia.az, karyera.sia.az


Ceyran Əsgərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə