“Türk Ocaqları”nın 100 illiyi: Türk Dünyasının dünəni, bu günü, sabahı” adlı konfrans öz işinə başlayır

“Türk Ocaqları”nın 100 illiyi: Türk Dünyasının dünəni, bu günü, sabahı” adlı konfrans öz işinə başlayır

Sabah Bakıda "Türk Ocaqları"nın 100 illiyi: Türk Dünyasının dünəni, bu günü, sabahı" adlı konfrans öz işinə başlayır.

SİA-nın məlumatına görə, bu il Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən ən böyük ictimai təsisatlardan olan "Türk Ocaqları" Dərnəyinin yaranmasının 100 ili tamam olur. Dərnək rəhbərliyi "Türk Ocaqları"nın yaradıcıları arasında Azərbaycan kökənli ziyalıların da olduğunu, bu təsisatın yalnız Türkiyənin deyil, bütün Türk Dünyasının, o cümlədən Azərbaycanın maraqlarının ifadəçisi kimi çıxış etdiyini nəzərə alaraq, əlamətdar yubileyin Azərbaycanda da qeyd olunması təklifi ilə respublikamızın uyğunprofilli dövlət və ictimai qurumlarına müraciət etmişlər. Bu müraciəti dəyərləndirən Azərbaycanda Atatürk Mərkəzi, "Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyi, Qafqaz Universiteti, Azərbaycan-Türkiyə İşadamları Birliyi (ATİB), Türkiyənin Azərbaycandakı səfirliyinin, TİKA-nın təşkilatçılığı ilə 13-16 mart 2012-ci il tarixdə Bakı şəhərində "Türk Ocaqları"nın 100 illiyi şərəfinə, "Türk Ocaqları"nın 100 illiyi: Türk Dünyasnın dünəni, bügünü, sabahı" adlı elmi-praktik konfranslar keçiriləcək.

Yubiley münasibəti ilə respublikamıza qardaş ölkədən mötəbər nümayəndə heyəti təşrif buyurur. Türkiyə Cümhuriyyəti Baş nazırinin müavini Bəkir Bozdağın başçılıq etdiyi nümayəndə heyətinə Türkiyə-Azərbaycan Parlementlərarası Dostluq Qrupunun sədri Prof.Dr.Necdət Ünüvar, Xaricdə yaşayan türklərlə iş üzrə Nazirliyin İdarə rəisi Kamal Yurtnaç, İstanbul Universitetinin prorektoru Prof.Dr.Əhməd Cavad Acar, "Türk Ocaqları" İstanbul Şöbəsinin başqanı Dr. Cezmi Bayram, Ocağın İdarə Heyəti üzvləri Şərafəddin Yılmaz, Əhməd İyioldu, Bəkir Çelik, KOCAV (Kültür Ocağı Vəqfi) başqanı dr. Əli Ürey, Bağcılar Bələdiyyəsinin başqan müavini Yavuz Subaşı, habelə, məruzəçi olarq dəvət olunmuş alimlər - Dos.Dr.Üfiq Özcan, Dos.Dr.Nəsrin Sarıəhmədoğlu, Dr.İsmail Türkoğlu, eləcə də tanınmış KİV təmsilçiləri - Seyfullah Türksoy, Həsən Yavaş, Əkrəm Kaftan, Özcan Ünlü, İbrahim Zahit Altay və Xeyrəddin Turan daxildir.

Qeyd edək ki, yubiley mərasimi martın 13-də Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və Bakıdakı Türk Şəhidliyini ziyarətlə başlayacaq.

Məlumat üçün bildirək ki, "Türk Ocaqları"nın 100 illiyi şərəfinə düzənlnən "Türk Ocaqları"nın 100 illiyi: Türk Dünyasının dünəni, bu günü, sabahı" adlı konfrans martın 13-də Azərbaycanda Atatürk Mərkəzində öz işinə başlayacaq.

Konfransın ikinci günü Qafqaz Universitetində keçiriləcək. Konfrans Əli Bəy Hüseynzadə, Əhməd Bəy Ağaoğlu, Ziya Göyalp, İsmayıl Bəy Qaspiralı, Hüseyn Cavid, Zəki Vəlidi Toğan, Yusuf Akçura başlıqlı 7 oturumla gerçəkləşəcək.


Qeyd edək ki, nümayəndə heyətinin respublikamızın dövlət, hökumət rəsmiləri, Milli Məclis rəhbərliyi, habelə bir sıra ictimai təşkilatların rəhbərləri ilə görüşləri nəzərdə tutulub.


Bütün xəbərlər Facebook səhifəmizdə