SİA yeni xidmət təklif edir

Hörmətli vətəndaşlar, dəyərli istifadəçilər!


Səs İnformasiya Agentliyi (SİA) yeni xidmət növü təqdim edir. Siz sia.az saytının uyğun bölmələrinə daxil olmaqla evlərin, mənzillərin, villaların, torpaq sahələrinin alqı-satqısı, kirayəsi, tikintisi, təmiri haqda məlumatlarınızı yerləşdirə, eyni zamanda özünüzə lazım olan informasiyaları əldə edə bilərsiniz.


Həmçinin, müxtəlif növ avtomobillərin, alqı-satqısı, kirayəsi, dəyişdirilməsi haqda məlumat almaq və vermək imkanı da əldə etmiş olacaqsınız. "Karyera" bölməsi isə sizə işə düzəlməkdə, peşənizi daha münasib peşəyə dəyişməkdə, bir sözlə karyera qurmaqda geniş imkanlar yaradacaq.


Bundan başqa siz bizim saytın yaratdığı imkandan istifadə edib müxtəlif növ elanlarınızı yerləşdirib özünüzə tez bir zamanda müştəri tapa bilərsiniz.


Saytımızda məlumat yerləşdirmək, yaxud əldə etmək çox asandır. Yalnız saytımızdakı müvafiq bölməyə girməyiniz və məlumatı yerləşdirməyiniz kifayətdir.


Bütün xəbərlər Facebook səhifəmizdə