Benilüks Azərbaycanlıları Konqresinin fəxri prezidenti gəncləri daha aktiv olmağa çağırdı
\"Bu gün hansı ölkələrdə təmsil olunmalarından asılı olmayaraq hər bir Azərbaycan gəncliyi qarşısında böyük vəzifələr qoyulub\". Bunu SİA-ya açıqlamasında Benilüks Azərbaycanlıları Konqresinin fəxri prezidenti Sahil Qasımov deyib. O bildirib ki, konqres Belçika, Niderland və Lüksenburq gənclərini birləşdirir. S.Qasımovun sözlərinə görə, burada yaşayan gənclər çox aktiv şəkildə Azərbaycan həqiqətlərini dünyaya və Avropaya tanıdır: "Onlar bu gün Qarabağ məsələsi, Xocalı soyqırımı, dünya azərbaycanlılarının ümumi problemlərini çox aktiv şəkildə siyasi müstəviyə çatdırıblar. Azərbaycançılıq baxımından həqiqətlər, dünya azərbaycanlıları qarşısındakı bütün problemlər həm siyasi partiyalar, həm Avropa ölkələrinin parlamentlərində çox aktiv şəkildə müzakirə olunur. Bununla da gənclər təşkilatlarının bir yerdə durması mümkün deyil. Qarşıda görüləcək böyük işlər və perspektivlər var. Biz artıq təşkilatlanmadan lobbiçilik istiqamətində addımlamalıyıq. Bu da Benilüks Azərbaycanlıları Konqresinin gəncləri qarşısında duran ən böyük vəzifələrdən biridir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB