Hacıbala Abıtalıbov: \"2013-cü ilin sonuna kimi yeraltı və yerüstü dayanacaqların sayı 60-a çatacaq\"

Hacıbala Abıtalıbov: \"2013-cü ilin sonuna kimi yeraltı və yerüstü dayanacaqların sayı 60-a çatacaq\"

\"Hazırda Bakı şəhərinin Əhmədli qəsəbəsində torpaq sürüşməsi baş vermiş zonada əhali və binalar üçün heç bir təhlükə yoxdur\". SİA-nın məlumatına görə, bunu Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov jurnalistlərə açıqlamasında bildirib.

O vurğulayıb ki, Əhmədli qəsəbəsində 61 və 63 saylı binaların yerləşdiyi zonada sürüşmənin baş verməsinə qar yağması, kanalizasiya və su xətlərində baş verən sızma səbəb olub: "Araşdırmalar zamanı həmin binalarda yaşayan əhalidən 1 həftəliyə köçmələri xahiş olunmuşdur və bu müddət ərzində 22 metrdən 28 metrədək quyular qazılıb. Hazırda sular çəkilir və demək olar ki, sızıntılar yoxdur. Əhalinin 1 həftəliyə köçürülməsinə baxmayaraq 3 gündən sonra onlara evlərinə qayıtmalarına icazə verilib. Onlar bütün kommunal xidmətlərlə təmin olunub. Bu gün həmin zonada əhali və binalar üçün heç bir problem və təhlükə yoxdur".

İcra başçısı onu da qeyd edib ki, Fəvvarələr Meydanının yanında yeraltı və yerüstü dayancaqlar inşa edilir: "Dayanacaqların inşası bu il yekunlaşmalıdır. Orada 200-250 maşın dayanacaq. Ancaq belə dayanacaqların sayı 2013-cü ilin sonuna kimi 60-a çatdırılmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə