2012-ci ilin yanvar və fevral ayları ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun müasir tipli \"190\" nömrəli telefon məlumat xidmətinə əhali tərəfindən ümumilikdə 10 713 müraciət daxil olub. Azərbaycan Dövlət Sosial Müdafiə Fondundan SİA-ya verilən məlumata görə, telefon məlumat xidmətinə daxil olan və bilavasitə operatorlara yönləndirilən sorğuların 53,4 faizi canlı rejimdə birbaşa olaraq məsləhətçi operatorlar tərəfindən cavablandırılıb. Müraciətlərin 46,6 faizi isə qeyri-iş günlərinə təsadüf edib və bu zaman suallara avtomatik olaraq elektron operator tərəfindən standart formada cavablar verilib.
Məlumat üçün bildirək ki, cari ilin yanvar və fevral aylarında "190\" nömrəli telefon məlumat xidmətinə daxil olan müraciətlər arasında pensiya məsələləri üstünlük təşkil edib. Belə ki, müraciətlərin 59,2 faizi bilavasitə pensiya məsələlərinə aid olub. Müraciətlərin 16,4 faizini məcburi dövlət sosial sığortasına dair sorğular əhatə edib. Məlumat xidmətinə ünvanlanan müraciətlərin 24,4 faizi isə fərdi uçotun təşkili və digər məsələlərlə bağlı olub.
Qeyd edək ki, sorğuların təhlili belə nəticə göstərir ki, telefon məlumat xidmətinə ünvanlanan müraciətlər daha çox maarifləndirici xarakter daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB