ÜST 2015-ci ilə qədər dünyada vərəm xəstəliyini iki dəfə azaltmaq əzmindədir - FOTO

ÜST 2015-ci ilə qədər dünyada vərəm xəstəliyini iki dəfə azaltmaq əzmindədir - FOTO

"Hazırda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) vərəmə qarşı 10-na yaxın yeni vaksinlər hazırlayır". SİA-nın xəbərinə görə, bu barədə təşkilatın Azərbaycandakı ofisinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Cəvahir Süleymanova bu gün keçirilən Beynəlxalq Vərəmlə Mübarizə Gününə həsr olunan brifinq zamanı məlumat verib.


Cəvahir Süleymanova qeyd edib ki, hazırda təşkilat vərəmə qarşı hazırlanan 10-a yaxın yeni vaksini sınaqdan keçirir. Mütəxəssisin sözlərinə görə, bu yenilik vərəmin qarşısını almaq üçün müsbət dəyişikliklərə nail olmağa imkan verəcək. Bundan əlavə ÜST vərəmin yeni ekspress müayinə, 100 dəqiqəyə vərəm diaqnozu qoyan testini təqdir edib.


Mütəxəssis bildirib ki, dünyada 15-44 yaşlı qadınlar arasında əsas ölüm səbəblərindən biri sayılan vərəm nəticəsində 2010-cu ildə 320 min qadın ölüb.


C.Süleymanovanın sözlərinə görə, vərəmlə mübarizədə əsas meyar bu xəstəliyə ayrılan maliyyə vəsaitidir ki, onun nəticəsidə də lazımi profilaktik tədbirləri yetərincə həyata keçirmək olar. Sön 20 illik göstəricilərə əsasən vərəm xəstəliyində 40 % azalma müşahidə olunub. Qeyd olunub ki, maliyyə dəstəyi olmazsa bu göstərici azala bilər.

Brifinq zamanı bildirilib ki, ÜST-nın 2011-2015-ci illər üçün yeni planına əsasən bir sıra məsələlər gündəmə salınıb.


Eyni zamanda brifinqdə qeyd olunub ki, vərəmlə mübarizədə və bu xəstəliyin azaldılması istiqamətində ən önəmli addımlardan biri bu barədə geniş maarifləndirmənin aparılmasıdır. Bildirilib ki, hətta ictimai yerlərdəki topluma nisbətən vərəmin qeydə alınması həbsxanalarda 100 dəfə daha yüksəkdir. Toplantıda həmçinin vurğulanıb ki, 24 mart Beynəlxalq Vərəmlə Mübarizə Günü ərəfəsində Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutu (ETACXİ) bir sıra maarifləndirici tədbirlər həyata keçirəcək. Bunların içərisinə Zaqatala və Qəbələ rayonlarında sakinlərlə görüş, televiziya və radiolarda proqramlar, regional televiziyalarda vərəmlə bağlı filmin nümayişi yer alır.

Bütün xəbərlər Facebook səhifəmizdə