“Bakı Debat Forumu “ -“Yaşıl Düşüncə Kuboku-2012” layihəsinə start verildi
"Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xanım Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan IDEA (International Dialogue for Environmental Action) Kampaniyası çərçivəsində keçirilən "Bakı Debat Forumu │"Yaşıl Düşüncə Kuboku-2012" layihəsinə start verilib.
SİA-nın məlumatına görə, layihənin əsas məqsədi gənclərin məişət tullantılarının idarə olunması sahəsinə ətraf mühitin mühafizəsi və "yaşıl" düşüncə tərzi ("green thinking") prizmasından yanaşmanı təbliğ etməkdir. 2012-ci ilin mart-iyul aylarını əhatə edən "Bakı Debat Forumu" özündə təlimlər, debat yarışları, ekspert görüşləri və müxtəlif səviyyəli təbliğat tədbirlərini birləşdirir. Layihə çərçivəsində keçirilən tədbirlər Bakı şəhərinin ali təhsil müəssisələrində təhsil alan 2000-dən artıq gənci əhatə edəcək.
"Yaşıl Düşüncə" 3R modelinə əsaslanır və cəmiyyəti az istifadəyə, təkrar istifadəyə, çeşidlənməyə çağırır. Qeyd edək ki, bu modelə uyğun olaraq layihə ərzində istifadə edilən bütün sənədlər, təbliğat materiallarının toplanaraq çeşidlənməsi və kağızların təkrar emalı zavoduna təhvil verilməsi qərara alındı.
Məlumat üçün bildirək ki, "Yaşıl Düşüncə Kuboku-2012" layihəsi "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.
Qeyd edək ki, bu layihə 12 mart 2009-cu ildə "Təmiz Şəhər" ASC dövlət qeydiyyatına alınmış və fəaliyyətə başlamışdır. "Təmiz Şəhər" ASC məişət tullantılarının yığılması, yerləşdirilməsi, zərərsizləşdirilməsi sisteminin qurulması, idarə edilməsi və nəticə olaraq ekoloji vəziyyətinin yaxşılaşdırılması işlərini həyata keçirir. Cəmiyyət həmçinin ətraf mühitin mühafizəsi və ekoloji problemlərə ictimaiyyətin diqqətini cəlb etmək, tullantıların idarəedilməsi sahəsində ekoloji məlumatlandırma və bu sahədə əhalinin fəal iştirakını təmin etmək məqsədilə mütəmadi olaraq maarifləndirmə tədbirləri keçirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB