AXA MBASK sığorta şirkəti icbari sığorta polislərinin satışı ilə məşğul olan bütün sığorta agentlərini "İcbari Yaz" adlı yaz kampaniyası çərçivəsində əməkdaşlığa dəvət edir.
AXA MBASK sığorta şirkətindən SİA-ya verilən məlumata görə, mayın 31-dək davam edəcək kampaniya çərçivəsində həmin tarixədək müraciət etmiş agentlər, müvafiq əmək müqaviləsi bağlandıqdan sonra, AXA MBASK şirkətindən aşağıdakıları əldə edəcəklər:
Üstündə AXA MBASK şirkəti tərəfindən quraşdırılmış, sığorta polislərinin buraxılışı və qeydiyyatını asanlaşdıran proqram təminatı olan HP fərdi mini kompüteri, və eləcə də müvafiq marketinq məhsullarından ibarət olan xüsusi hazırlanmış "Agent Qutusu"
Yüksək agent məvacibi (komisyon və bonuslar)
Komisyon haqlarının asan və sürətli ödəmə sistemi
Yüksək səviyyəli agent xidmətləri və peşə gələcəyini qurmaqda dəstək
AXA MBASK brendi altında peşəkar agentlik açmaq imkanı
AXA MBASK şirkətinin hesabına xaricdə ixtisas artırma keçmək imkanı.
Qeyd edək ki, dünyanın 57 ölkəsində sığorta agentlərilə əməkdaşlıq edərək onların rifahı üçün mühüm töhfələr verən, AXA agentləri AXA brendinə, nüfuzuna, peşəkarlığına arxayındır.
Bütün xəbərlər Facebook səhifəmizdə