Qanunsuz ov hallarına qarşı mübarizə tədbirləri davam edir

Qanunsuz ov hallarına qarşı mübarizə tədbirləri davam edir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) aidiyyəti qurumlarının əməkdaşları tərəfindən ölkə ərazisində "Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə növbəti reydlər keçirilib. ETSN-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, reydlər zamanı ümumilikdə, qanunsuz ov edən 2 nəfərdən 2 ədəd ov tüfəngi götürülərək müvafiq qaydada aktlaşdırılıb. Qanun pozuntusuna yol verən şəxslər barəsində inzibati qaydada, ümumilikdə 1000 manat məbləğində cərimə tətbiq edilib.

Belə ki, Ağ göl Milli Parkı ərazisində qanunsuz ovla məşğul olan 1 nəfər (1 ov silahı) və Qaradağ rayon ərazisində 1 nəfər (1 ov silahı) saxlanılaraq həmin şəxslər barəsində protrokol tərtib olunmuş və müvafiq qaydada cərimə tətbiq edilib.

Qeyd edək ki, ETSN-nin aidiyyəti qurumları tərəfindən qanunsuz ov hallarının qarşısının alınması ilə əlaqədar reydlər davam etdirilir.


Bütün xəbərlər Facebook səhifəmizdə