Ermənilərin Ərzurumda törətdikləri qətliamların qurbanlarının xatirəsi anılıb
Ərzurumun Alaca kəndində erməni quldur dəstələrinin 1918-ci il martın 10-da qətlə yetiridikləri 278 Anadolu türkünün xatirəsini anma mərasimi keçirilib.
Mərasimdə çıxış edən Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyi Ərzurum təşkilatının sədri Süleyman Çiydem Türkiyə ictimaiyyətini Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsi üçün qardaş ölkəni daha fəal dəstəkləməyə çağırıb. Türkiyə və Azərbaycan diasporları erməni məsələsində ikili standartlara son qoyulması üçün apardıqları birgə fəaliyyətdə də səylərini artırmalıdırlar. Qərb dairələrində Türkiyə ilə Ermənistanı "birlikdə gələcək" qurmağa çağıran siyasətçilər, ilk növbədə bu ikili standartlardan əl çəkməli, ermənilərin saxta "soyqırımı" təbliğatını siyasət alətinə çevirməkdan vaz keçməlidirlər.
Atatürk Universiteti Türk-Erməni Əlaqələrini Araşdırma Mərkəzinin direktoru Erol Kürkçüoğlu çıxışında bildirmişdir ki, öz havadarlarına arxalanan Ermənistan Cənubi Qafqazda sülhə və sabitliyə əngəl törədir. Tarixi saxtalaşdıran ermənilərin yalan üzərində qurulmuş təbliğat kampaniyasını ifşa etmək üçün onların Anadolu torpaqlarında və Azərbaycanda törətdikləri qətliamları dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırmaq lazımdır.
Mərasim iştirakçıları 278 şəhidin xatirəsinə ucaldılmış abidənin önünə çələng qoyublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB