Bu il Gəncədə Novruz şənliyi fərqli formada qeyd ediləcək. Bu barədə şəhər mədəniyyət və turizm idarəsindən məlumat veriblər. SİA-nın aldığı məlumatda deyilir ki, martın 20-də keçiriləcək bayram şənliyi iki hissədən ibarət olacaqdır. Gəncə Dövlət Dram və Kukla teatrlarının aktyorları müxtəlif tamaşa və filmlərdən səhnəciklər göstərəcək, başdan-başa bəzədiləcək Cavad xan küçəsində qədim sənət nümunələrindən ibarət sərgi təşkil olunacaqdır. Burada keçirilən gəzintidən sonra şəhərin mərkəzi meydanında böyük bayram konserti olacaqdır. Şəhərin incəsənət ustalarının rəngarəng proqramla çıxışları zamanı Novruzun atributları olan Keçəllə Kosa tədbir iştirakçılarına xoş ovqat bəxş edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB