Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, qarlı hava şəraiti nəticəsində paytaxt ərazisindəki enişli-yoxuşlu yollarda nəqliyyatın hərəkəti üçün əlverişsiz şərait yaranıb.
Bununla əlaqədar Bakı Yol Polisi sürücülərə mümkün dərəcədə şəxsi nəqliyyat vasitəsindən istifadə etməməyi, ictimai nəqliyyatdan istifadəyə üstünlük verməyi tövsiyyə edir.
Əsədov qeyd edib ki, yolların buz bağlaması müşahidə olunmayıb və paytaxt ərazisindəki bütün yollar açıqdır.
Xatırladaq ki, bazar günü səhər erkən saatlardan Bakıya yenidən qar yağmağa başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB