Azərbaycanlı gənclər anaları təbrik ediblər - FOTOSESSIYA

Azərbaycanlı gənclər anaları təbrik ediblər - FOTOSESSIYA

Ukraynanın ictimai, sosial, mədəni həyatında fəal iştirak edən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin fəalları 8 mart beynəlxalq qadınlar gunü münasibəti ilə Kiyev şəhərindəki Perinatal Mərkəzinə gələrək dünyaya yeni körpələr gətirən xanımları təbrik ediblər. SİA-nın Ukrayna bürosunun verdiyi məlumata görə, "Uşaqlar bizim gələcəyimizdir" devizi ilə Kiyev şəhərindəki doğum evinə gələn Ukrayna Azərbaycanlı Gənclər Birliyinin fəalları dünayaya yeni körpələr gətirən qadinlara tər çiçəklər və hədiyyələr təqdim etməklə onları 8 mart beynəlxalq qadılar gunu munasibəti ilə təbrik ediblər.

Döğum evinin kollektivi ilə keçirilən görüşdə çıxış edən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov birliyin tibb departamentinin rəhbəri Cavid Hüseynzadə sədr müavini İlhamə Allahverdiyeva və digər gənclər ta qədimdən Azərbaycanda qadın və ana müqəddəsliyinə göstərilən böyük ehtiramdan danışıblar. Bu nəcib ənənənin həmişə davam etdirildiyini diqqətə çatdıran gənclər belə bir əziz gündə dünyaya uşaq gətirən qadınlara xoş və səmimi arzularını bildiriblər. Azərbaycanlı gənclərin onları yad etməsini ən böyük bayram töhvəsi kimi dəyərləndirən qadınlar, ukraynalı analar adından azərbaycanlı xanimlara bayram təbriklərini çatdırıblar.

Döğum evinin baş həkimi Sergey Osarçuk isə 8 mart qadınlar bayramı günü dünyaya körpə gətirən anaları və onların uşaqlarını tər çiçək və hədiyyələrlə qarşıladıqlarına görə Ukrayan Azərbaycanlı Gənclər Birliyinə minnətdarlığını bildirib.


Bütün xəbərlər Facebook səhifəmizdə