Xalqımızıın milli bayramı olan Novruz Bayramı tədbirləri çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən mart ayının 13-də ilaxır çərşənbə münasibətilə Novruz şənliyi təşkil olunacaq. Bakı Şəhər İcra Hakimiyyətindən SİA-ya verilən məlumata görə, şənlik milli geyimli 12 atlı süvarinin müşayəti ilə 5 fayton və 6 dəvədən ibarət olan Novruz personajları, musiqiçilər və digər iştirakçıları aparan bayram karvanı səhər saat 10:00-da Qoşa Qala qapısının qarşısından hərəkət edərək Suraxanı rayonu "Atəşgah" məbədinə gedəcək, orada yandırılmış məşəli Qoşa Qala qapısının qarşısındakı "Gənclər meydanı\"na gətirəcək və bu odla bayram tonqalı alovlandırılacaq.
Qeyd edək ki, \"Gənclər meydanı\"nda saat 18:20-dən bayram konserti başlayacaq və saat 20:00 -da atəşfəşanlıq olacaq.
Məlumat üçün bildirək ki, bu səbəbdən 12 mart 21:00-dan 13 mart saat 23:00-dək İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişdiyi yerdən Qoşa Qala qapısının qarşısındakı "Gənclər meydanı\" istiqamətində nəqliyyatın hərəkəti dayandırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB