Azərbaycanda saxta diplom satan şəxs həbs edilib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini Şakir Allahverdiyev Aynurə Şükürovanın adına tərtib edilmiş Azərbaycan Texniki Universitetini bitirməsi barədə saxta diplomu 8000 dollara satarkən tutulub. Ş. Allahverdiyevdən 1 ədəd yazılmamış diplom da aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB