“İnsanlıq əleyhinə cinayətlər: Şamaxı Soyqırımı” mövzusunda dəyirmi masa keçirilir

“İnsanlıq əleyhinə cinayətlər: Şamaxı Soyqırımı” mövzusunda dəyirmi masa keçirilir

Bu gün Bakıda "İnsanlıq əleyhinə cinayətlər: Şamaxı soyqırımı" mövzusunda dəyirmi masa keçirilir. SİA-nın veridiyi xəbərə görə, tədbir Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu tərəfindən təşkil edilib. Dəyirmi masada çıxış edən AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanov bildirib ki, ermənilərin 1918-ci ilin martında Azərbaycanda törətdikləri soyqırımlar haqqında lazımı səviyyədə təbliğat aparılmayıb: \"Bu sahədə yanlız son illər beynəlxalq ictimaiyyət məlumatlandırılır. Ermənilərin Şamaxıda məskunlaşması 1828-ci ildən başlayıb. Rusiyanın imperiya siyasətinə uyğun ermənilər İran və Türkiyədən Şimalı Azərbaycanın müxtəlif bölgələrinə, o cümlədən Şamaxıya köçürülüb\".

E.Süleymanovun sözlərinə görə, Şamaxı qəzasının 53 kəndində ermənilər tərəfindən 8027 nəfər azərbaycanlı qətlə yetirilib. Həmçinin o qeyd edib ki, 1918-ci ilin mart-aprel aylarında ermənilərin azərbaycanlılara qarşı törətdikləri ən böyük soyqırımlar baş verib.

Hazırda ermənilərin Koliforniyada qondarma \"Sumqayıt soyqırımı\" məsələsini qaldırdıqlarını deyən millət vəkili bütün Azərbaycan siyasətçilərini və ictimaiyyəti ermənilərin antiazərbaycan təbliğatına qarşı çıxmağa çağırıb.

Tarix elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı isə bildirib ki, 2007-ci ildə Quba şəhərində 1918-ci ilə aid kütləvi məzarlıq aşkar edilib. Onun sözlərinə görə, 1918-ci il erməni vəhşiliklərinə dair faktları aşkar etmək üçün Şamaxı ərazisində də qazıntıların aparılmasına ehtiyac var: "Bəzi mülahizələrə görə, 1918-ci ildə ermənilər tərəfindən qətlə yetirilən Şamaxı sakinləri Kələxana və Süleyman dərələrində dəfn edilib. Gələcəkdə bu ərazilərdə arxeoloji qazıntılar zamanı yeni kütləvi məzarlıqların tapılması istisna deyil"- deyə M. Zülfüqarlı əlavə edib.

Qeyd edək ki, dəyirmi masa digər iştirakçıların çıxışları ilə davam etdirilir.



Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə