Xanımların sayı günü-gündən artır

Xanımların sayı günü-gündən artır

Son bir necə ildə Bərdədə qadınların sayı çoxalıb. Bərdə rayon Statistika İdarəsindən SİA-nın Qarabağ bürosununa verilən məlumata görə, hazırda rayondan 147 min 300 nəfər əhali yaşayır ki, onun da 83.800 nəfəri yəni 52 faizi qadınlardan ibarətdir.


2010-cu ildə qadınların sayı şəhər əhalisinin 51 faizini təşkil edirdisə də, ötən il bu rəqəm bir faiz də artıb.


Məlumat üçün bildirək ki, qadınlar daha çox təhsil və səhiyyə sahələrində çalışırlar. Rayonda təhsil sahəsində çalışan kadrların 80 faizini zərif cinsin nümayəndələridir.


Qeyd edək ki , Səhiyyə sahəsində çalışan tibbi personalrın 85 faizdən çoxunu qadınlar təşkil edir.



Şamxal Cəlilğolu


Bütün xəbərlər Facebook səhifəmizdə