Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM)
fəaliyyət göstərən Diabet Məktəbində əhali üçün pulsuz təlimlər keçirilir. SİA-nın xəbərinə görə, 12-16
mart tarixində təşkil olunacaq təlimlər
şəkərli diabet xəstələri və risk qrupuna aid olunacaq. Təlim zamanı şəkərli diabet haqqında məlumat, özünənəzarət vasitələrindən istifadə qaydaları, düzgün qidalanma, diabetin fəsadları və digər mövzularla bağlı bilik və
bacarıqlar əldə olunacaq. Arzu edənlər İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Bakı ş, H.Zərdabi küç., 96 ünvanına müraciət edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB