Cəlilabad Elektirik Şəbəkəsi təkzib edir

Cəlilabad Elektirik Şəbəkəsi təkzib edir

Bu gün Azərbaycan regionun iqtisadi cəhətdən inkişaf etmiş ən qüdrətli ölkəsidir. Özünün enerji təhlükəsizliyini təmin etmiş ölkə də Azərbaycandır. Bu gün dövlətimizin yürütdüyü sosial-iqtisadi siyasət bütün sahələrə təsir göstərib. İnsanların firavan həyatı təmin edilib. Paytaxt Bakıda olduğu kimi bölgələrdə də infrastruktur yenilənir, əhalinin qaz, su, elektrik enerjisinə olan tələbatı ödənilir.

Buna baxmayaraq bəzi mətbu orqanlarda enerji təminatında problemlərin olduğu haqda əsasız yazılar dərc olunur. Bu yaxınlarda Cəlilabad rayon Qarazəncir kənd sakinlərinin imzası ilə guya Rayon Elektrik Şəbəkəsi tərəfindən enerjinin verilməsində problemlər var. SİA-nın əməkdaşı məsələ ilə bağlı Cəlilabad Elektirik Şəbəkəsinin rəhbərliyindən münasibət öyrənib.

Şəbəkə rəisi İ.Aslanov sualımızı cavablandıraraq bildirib ki, Cəlilabad Elektirik Şəbəkəsinin xidmət göstərdiyi sahələrdə o, cümlədən Qarazəncir kəndində elektirik enerjisinin verilməsi ilə bağlı heç bir problem yoxdur. Həmin ərazidə enerjinin verilməsi ilə və digər məsələlərlə bağlı Cəlilabad Elektirik Şəbəkəsinin rəsimi məlumat daxil olmayıb.


Bütün xəbərlər Facebook səhifəmizdə