Frederik Mitteran: "Yaxın vaxtlarda Azərbaycanın incəsənət əsərləri Fransada nümayiş etdiriləcək" - AÇIQLAMA
Azərbaycana səfərimin məqsədi bir-birinə çox yaxın olan Azərbaycan və Fransa xalqlarının daha da yaxınlaşması, ölkələrimiz arasında əlaqələrin, xüsusilə mədəniyyət sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsinə nail olmaqdır. SİA-nın verdiyi məlumata görə, bu sözləri Bakıda səfərdə olan Fransanın mədəniyyət naziri Frederik Mitteran müsahibəsində deyib.
F.Mitteran ölkəmizə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın dəvəti ilə səfər etdiyini bildirib. Diqqətə çatdırıb ki, səfərim çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə təşkil olunacaq, Fransa incəsənətinin şah əsərlərini özündə əks etdirəcək "Fransa inciləri. Fransız incəsənəti Renessansdan bu günədək" sərgisinin açılış mərasimində iştirak edəcəyəm. Bu sərgidə Fransada intibah dövründən başlamış bu günədək yaradılmış incəsənət əsərləri nümayiş olunacaqdır.
Fransanın mədəniyyət naziri F.Mitteran sərginin təşkilinə verdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Yaxın vaxtlarda Azərbaycanın incəsənət əsərlərinin Fransada nümayiş etdiriləcəyini bildirən F.Mitteran iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın bərabər şəkildə inkişaf etməsindən son dərəcə məmnun olduğunu söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB