Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Van üçün 40 min dollar toplanıb
Türkiyənin Van bölgəsində ötən il oktyabr ayında baş verən zəlzələnin nəticələrini aradan qaldırmaq üçün Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən 40 min dollar yardım toplanılıb və aidiyyəti üzrə çatdırılıb. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbəri Novruz Aslanov deyib. O bildirib ki, yardım edən təşkilatlardan biri 7 min dollar ayırıb, anonim kimi özünü təqdim edən bir şəxs isə 5 min dollar yardım edib.
O vurğulayıb ki, ötən il elan olunan Somaliyə yardım kampaniyası çərçivəsində də 40 min dollaradək vəsait toplanılıb: "Fillipinə yardım üçün elan kampaniyada isə aktivlik müşahidə olunmur. Ötən illərlə nisbətən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 2011-ci ildə topladığı vəsait bir xeyli artıb".İlkin Nəcəfov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB