Ermənilərdən ibarət qadın alverçiləri tutulub

Ermənilərdən ibarət qadın alverçiləri tutulub

Kaliforniya ştatının Los-Anceles şəhərinin San-Valli rayonundakı məşhur Lankerşim bulvarında polisin apardığı reyd çox uğurlu olub. SİA-nın verdiyi məlumata görə, polis qadınları faşiəliyə cəlb edən və bu biznesdə kifayət qədər təcrübəsi olan 3 ermənini saxlayıb. "Los Angeles Daily News" qəzeti faktla bağlı yazısında qeyd edib ki, saxlanılan ermənilər – 62 yaşlı Sarkis Tunyan, 34 yaşlı Edik Axnazaryan və 62 yaşlı Çarlz Stepanyanı polis xüsusi əməliyyat zamanı həbs edib. Qeyd olunub ki, əməliyyat zamanı daha 16 erməni saxlanılıb. Beləliklə, qadınları faşiəliyə cəlb edən dəstə qzvlərindən tutulanların ümumi sayı 34-ə çatıb.

Yaxın günlərdə həbs olunanlara rəsmi ittiham irəli sürüləcək. Məlumat üçün bildirək ki, Lankerşim bulvarı faşiə qadınların toplaşdığı əsas "xidmət bazaları"ndan biridir. Ermənilər isə bu biznesin demək olar ki, şəriksiz sahibi sayılırlar.


Bütün xəbərlər Facebook səhifəmizdə