"Azərbaycanda şəkərli diabet xəstələrinin 36, 2%-i həkim-endokrinoloqların onlar üçün təyin etdiyi dozanı ala bilmir". SİA-nın xəbərinə görə, bu fikirlər Azərbaycan Diabet Cəmiyyəti (ADC) "2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı"nın monitorinqinə dair keçirilən mətbuat konfransı zamanı bildirilib. Konfrans zamanı cəmiyyətin sədri Mömünə Ömərova qeyd edib ki, bu il yanvarın 1-nə olan məlumata görə, Azərbaycanda 150,4 min nəfər şəkərli diabet xəstəsi var ki, onların da 39 mini insulindən asılıdır.
Toplantıda diqqətə çatdırılıb ki, Azərbaycanda şəkərli diabet xəstələrinin 36, 2%-i həkim-endokrinoloqların onlar üçün təyin etdiyi dozanı ala bilmir. Bildirilib ki, bu cür vəziyyət xüsusilə Sumqayıt və Mingəçevirdə daha acınacaqlıdır. M.Ömərova bildirib ki, bunlardan əlavə şəhər və rayonlarda şəkərli xəstələrə preparatların verilməsində çox ciddi nöqsanlar aşkarlanıb.
Mətbuat konfransı zamanı monitorinqin nəticələrindən danışan cəmiyyətin sədr müavini Akif Muxtarov bildirib ki, proqramın icrasında bir sıra qüsurlar aşkar edilib. O, qeyd edib ki, ölkədə insulinaslı xəstələrə birdəfəlik iynələr çox məhdud halda verilir. A.Muxtarovun sözlərinə görə, aparılan monitorinq zamanı qeydə alınan ən acınacaqlı hal olaraq özünənəzarət vasitəsi olan qlukometrlərə tələb olunana test çubuqçuqlarının verilməməsi olub.
Azərbaycan Diabet Cəmiyyəti (ADC) "2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı"nın monitorinqinə əsasən qeydə alınan qanun pozuntuları və proqramda nəzərdə tutulan tədbirlərin reallaşdırılması üçün ayrılan maliyyə vəsaitinin artırılması ilə bağlı Baş nazirə, Səhiyyə və Maliyyə nazirliklərinə müraciət edib.
Aynurə Asimqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB