ATİ ilə Almaniyanın GİZ cəmiyyəti arasında əməkdaşlıq konturları müzakirə edilib
Azərbaycan Turizm İnstitutunda Almaniyanın GİZ (Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti) cəmiyyətinin nümayəndələri ilə görüş keçirilib. SİA-nın xəbərinə görə, görüşdə Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, institutun tədris işləri üzrə prorektoru E.Aslanov, Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Ş. Əhmədova iştirak ediblər.
ATİ-nin rektoru C.Cəfərov qonaqlara institutun 6 illik fəaliyyəti və strateji məqsədləri haqqında məlumat verib. Azərbaycana qısa müddətli səfərə gələn Almaniyanın GİZ cəmiyyətinin əmək bazarı, özəl sektorun inkişafı və peşə təlimlərinin təşkili üzrə eksperti Evald Qold səmimi qarşılandıqları üçün həm öz adından, həm də rəhbərlik etdiyi nümayəndə heyəti adından təşəkkürünü bildirib. Ölkəmizə, o cümlədən ATİ-yə gəlişinin məqsədini açıqlayıb. E. Qolda dəyirimi masa ətrafında bildirib ki, 2012-ci ildən GİZ cəmiyyətinin fəaliyyətində peşə təhsili ilə bağlı yeniliklər öz əksini tapıb. ATİ-nin nəzdində Bakı Turizm Peşə Məktəbinin fəaliyyətə başlamasına rəğmən, Azərbaycanda, xüsusilə ölkənin səciyyəvi regionlarında bu sahə üzrə təlabat dinamikasını şərtləndirən məlumatlar toplamaq niyyətindədir.
Görüşdə ATİ və GİZ arasında mümkün əməkdaşlıq yolları başlıca müzakirə predmeti olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB