Azərbaycanda əlill uşaqların inklüziv təhsilinə olan maneələr müzakirə edilib
Bu gün Azərbaycanda əlilliyi olan uşaqların inklüziv təhsilinə olan maneələr və imkanlar müzakirə olunub. SİA-nın xəbərinə görə, Uşaq Hüquqları üzrə QHT Alyansının təşkilatçılığı ilə baş tutan tədbirdə UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard, millət vəkili Sevinc Hüseynova və digər qonaqlar iştirak edib.
Tədbirdə çıxış edən Uşaq Hüquqları üzrə QHT Alyansının İdarə Heyətinin sədri Nazir Quliyev bildirib ki, sağlamlıq imkanları məhdud insanların hüquqlarının qorunması, onlar üçün uyğun həyat tərzinin təmin edilməsi hər bir cəmiyyət üçün məsuliyyətli vəzifədir. Onun sözlərinə görə, son illər dünyanın bütün ölkələrində ən çox müzakirə edilən məsələlərdən biri də sağlamlıq imkanları məhdud şəxslərin təhsilidir. N.Quliyev qeyd edib ki, cəmiyyətin hər bir üzvünün bərabər hüquqlu şəxsiyyət kimi formalaşması, əqli, fiziki imkanlarının məhdudluğundan asılı olmayaraq təhsil almaq hüququna malik olması əsas məsələlərdəndir: "Əlilliyi olan uşaqların inklüziv təhsilə cəlb olunması ilə bağlı Azərbaycanda da müəyyən işlər görülüb. İnklüziv təhsilin üstün cəhəti ondan ibarətdir ki, bu əlliliyi olan uşaqlara lazımi dəstək verməklə yanaşı, xüsusi qayğıya ehtiyacı olan uşaqları kollektivə uyğunlaşdırmaq və birbaşa cəmiyyətə inteqrasiya etdirmək olar. Bu gün Azərbyacanda əlilliyi olan şəxslərin təhsilə cəlbi çox azdır. Onlar hər zaman cəmiyyət tərəfindən psixi zorakılığa məruz qalır. Bundan əlavə, onların gələcəkdə məşğuliyyət probleminin aradan qaldırılmaması vəziyyəti daha da çətinləşdirir".
UNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Mark Herevard isə hazırda Azərbaycanda inklüziv təhsillə bağlı çox ciddi işlərin görüldüyünü deyib. Onun sözlərinə görə, inklüziv təhsil haqqında qanun layihəsi hazırlanaraq Milli Məclisə təqdim olunub. Dövlət proqramı Milli Məclis tərəfindən təsdiqlənərək qəbul olunarsa, bu mövcud sahənin inkişafı və əlillərin inklüziv təhsilə cəl olunmasına müsbət təsir göstərər.
Millət vəkili Sevinc Hüseynova isə deyir ki, əlil uşaqların təhsilə cəlb olunması üçün onların valideynləri ilə işlər aparılmaldıır. Onun sözlərinə görə, çox zaman valideynlərin özləri onlara mane olur. S.Hüseynova bildirib ki, bəzi anlarda valideynlər əlil uşaqların təhsil almasına maraqlı olmur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB