Mark Herevard: “Azərbaycanda 60 min əlildən yalnız 12 mini təhsilə cəlb olunub”

Mark Herevard: “Azərbaycanda 60 min əlildən yalnız 12 mini təhsilə cəlb olunub”

"Bu gün Azərbaycanda 60 min əlilliyi olan şəxs var və onlardan yalnız 12 mini təhsilə cəlb olunub". SİA-nın xəbərinə görə, UNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Mark Herevard deyib ki, bu çox az bir rəqəmdir. Onun sözlərinə görə, təhsilə cəlb olunan əlillərin isə böyük əksəriyyəti ev təhsili alır.

"Bu isə uşaqların cəmiyyətdən təcrid olunmasına səbəb olur. Hər bir uşaq öz potensialını inkişaf etdirmək, cəmiyyəti formalaşdırmaq üçün ilk olaraq təhsilə cəlb edilməlidir. Əlilliyi olan şəxslər barədə Tədbirlər Planı hazırlanıb. Bu proses yenə də inkişaf edir, miqyası genişlənir və daha geniş təşkilatlarla əməkdaşlıq edilir. YUNİCEF inklüziv təhsildə irəliləyişlərin əldə olunması üçün bütün lazımi dəstək göstərməyə hazırdır", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə