Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqəyə yekun vurulub

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqəyə yekun vurulub

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı 2011-ci il noyabr ayının 19-da keçirilmiş test imtahanında uğur qazanmış namizədlərlə Nazirliyin Müsabiqə Komissiyası tərəfindən fərdi qaydada söhbət aparılıb. Müsabiqəyə yekun vurularaq nəticələrə görə müvəffəqiyyət qazanmış 59 nəfər növbəti mərhələyə buraxılıb.

Ədliyyə Nazirliyindən SİA-ya verilən məlumata görə, həmin namizədlər qanunvericiliyin tələblərinə müvafiq olaraq peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında icbari təliminin keçirilməsinə bu ilin mart ayının 12-də başlanılır.

Aidiyyəti məsələlərlə bağlı Ədliyyə Nazirliyinə müraciət oluna bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə