FHN Ağcabədidə maarifləndirici tədbirlər keçirib

FHN Ağcabədidə maarifləndirici tədbirlər keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzinin əməkdaşları Ağcabədi rayonu 1 nömrəli Hindarx qəsəbə tam orta məktəbində "Fövqəladə hallar zamanı necə davranmalı" mövzusunda maarifləndirmə tədbiri keçirib.

FHN-dən SİA-ya verilən məlumata görə, tədbirdə mərkəzin əməkdaşları "Fövqəladə halların təsnifatı", "Təbii fəlakətlər- zəlzələ", "Hansı hallarda "112" zəng mərkəzinə müraciət etməli" mövzularında çıxışlar edib, iştirakçılara bu sahədə ətraflı məlumatlar veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə