Mobil cihazların satışı ilə məşğul olan ticarət obyektlərində monitorinq aparılır

Mobil cihazların satışı ilə məşğul olan ticarət obyektlərində monitorinq aparılır

Dövlət strukturları ölkənin mobil cihazlar bazarında mövcud qanunvericiliyin təmin olunması məqsədilə monitorinq keçirirlər. İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımovun SİA-ya verdiyi xəbərə görə, dövlət strukturlarının birgə səylərinin məqsədi daxili bazarda saxta mobil telefonların və qeyri-leqal idxal olunan mobil cihazların satışının qarşısını almaqdır. Hazırda dövlət strukturları mobil cihazların satışı ilə məşğul olan ticarət obyektlərinin monitorinqini həyata keçirirlər.

F.Kazımovun sözlərinə görə, daxili bazarda məhşur ticarət markalarının adı altında istehsal olunan saxta mobil telefonlar satışı faktları vardır. İstehlakçıların hüquqlarının qorunması və qanunvericiliyin təmin olunması naminə bu saxta mobil telefonların satışı dayandırılmalı, günahkarlar isə məsuliyyətə cəlb edilməlidirlər. Bununla yanaşı dövlət strukturları tərəfindən daxili bazarda uyğunluq sertifikatı olmayan mobil cihazların üzə çıxarılması üzrə monitorinqi də davam etdirilir. F.Kazımov hesab edib ki, bu tədbirlər Azərbaycanda sivil mobil cihaz bazarının formalaşması istiqamətində növbəti addımdır.

"Azərbaycanın mobil cihaz seqmetnini şəffaflaşdırılması və onun Avropa ölkələri səviyyəsinə çatdırılması isitqamətində son illər zəruri addımlar atılıb. Keçən ilin sonunda Nazirlər Kabineti tərəfindən "Mobil cihazların qeydiyyatının aparılması Qaydası"nın təsdiq edilməsi, mobil cihazların qeydiyyat sisteminin tətbiqi istiqamətində görülən işlər bu prosesi daha da tezləşdirib. Hesab edirəm ki, birbaşa olaraq daxili istehlakçının müdafiəsini gücləndirmək istiqamətində həyata keçirilən bu fəaliyyətlər az bir zamanda öz real bəhrəsini verəcək", - deyə ekspert bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə