Xəzər İntellektual Gənclər Klubunun fəaliyyətinin genişləndirilməsi ilə əlaqədar olaraq klubun inzibati-idarə edilməsində dəyişikliklər baş verib. SİA-nın xəbərinə görə, hazırda klubun həyata keçirdiyi universitet liqası və məktəb liqası layihələri yeni yaradılan inkişaf departamentinə həvalə edilib. Klubun bu 2 layihəsi 6 universitetdə 100-lə gənci və 60-a qədər məktəblini əhatə edir.
İnkişaf departamentinin rəhbəri isə universitet liqası layihəsinin AzTU-dan olan koordinatoru Taleh Həsənov təyin olunub. Klubun mətbuat xidmətinin rəhbəri Şəbnəm Xeyrullanın verdiyi məlumata görə, bu təyinetmə Xəzər İntellektual Gənclər Klubunda istedadlara verilən qiymət və özü üzərində çalışmağın nəticəsidir.
Qeyd edək ki, yeni taradılan İnkişaf departamenti klubun bu iki layihəsi ilə yanaşı yeni layihələrin hazırlanması və klubun fəaliyyətinin genişləndirilməsi ilə məşğul olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB