Ağdamlı gənclər Fariz Bədəlovun ailə üzvləri ilə görüşüblər

Ağdamlı gənclər Fariz Bədəlovun ailə üzvləri ilə görüşüblər

Ağdam rayonundan olan bir qrup gənc Orta Qərvənd kəndində ötən il martın 8-də erməni snayperi tərəfindən öldürülmüş 9 yaşlı Fariz Bədəlovun ailəsinin üzvləri ilə görüşmüş, onların dərdinə şərik olduğunu bildirib, başsağlığı verib.

Yeni Azərbaycan Partiyası rayon təşkilatı gənclər birliyinin sədri Amil Cavadov, gənclər və idman idarəsinin rəisi Elnur Əhmədov və başqaları ermənilərin Azərbaycan xalqına qarşı insana yaraşmayan cinayətlərindən danışıb, Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə dinc soydaşlarımızı, xüsusilə də uşaqları hədəfə almasını insanlığa və müharibə qaydalarına, beynəlxalq konvensiyalara zidd olduğunu bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə