Respublikada qarlı hava şəraiti mart ayının 13-nə qədər davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən xəbərə görə, yaxın üç gün ərzində paytaxtda havanın fasilələrlə yağıntılı olacağı, eləcə də sulu qar və qar yağacağı proqnozlaşdırılır. Mülayim şimal küləyi gündüz saatlarında arabir güclənəcək. Havanın temperaturu gecə saatlarında 0 dərəcəyə yaxın, gündüz saatlarında isə 1-3 dərəcə isti təşkil edəcək.
Bölgələrdə də yaxın üç gün ərzində havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar və qar yağacağı proqnozlaşdırılır, arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gündüz saatlarında Mərkəzi-Aran rayonlarında 5-9 dərəcə isti, dağlarda isə günorta saatlarında 0-4 dərəcə şaxta təşkil edəcək.
Müşahidə olunan soyuq hava şəraitinin martın 13-ü gündüz saatlarınədək davam edəcək.
Bildirək ki, bu gün səhər saatlarından etibarən Bakıda və ölkənin bəzi bölgələrində qarlı hava şəraiti müşahidə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB