Ucarda ər arvadını ov tüfəngi ilə güllələyib

Ucarda ər arvadını ov tüfəngi ilə güllələyib

Ucar rayonunda güllələnmə hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Lək kənd sakini İntiqam Musayev ailə-məişət münaqişəsi zəminində ov tüfəngindən atəş açaraq arvadı Turanəyə xəsarət yetirib.

Turanə aldığı xəsarətdən xəstəxanada ölüb. İntiqam Musayevdən hadisə zamanı istifadə etdiyi \"TOZ-55\" markalı ov tüfəngi götürülüb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə