Bakıda və Abşeron yarımadasında bu gün hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qara keçəcəyi, axşama doğru isə tədricən kəsiləcəyi gözlənilir. Mülayim şimal küləyi arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumatına görə, havanın temperaturunun gecə 0-2 dərəcə isti, gündüz 3-5 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava şəraitinin respublikanın şimal rayonlarından başlayaraq fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir.
Yaxın günlərdə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB