Daxili Qoşunların komandanı Zakir Həsənov qurumun yaradılmasının 20 illiyi ilə bağlı mətbuat konfransı keçirib
Daxili Qoşunların (DQ) komandanı, general-leytenant
Zakir Həsənov qurumun yaradılmasının 20 illiyi ilə bağlı mətbuat konfransı
keçirib. Qoşunların mətbuat xidmətindən SİA-ya verilən xəbərə
görə, mətbuat konfransında Z.Həsənov bildirib ki, Daxili Qoşunlar yaradıldığı
gündən qarşısına qoyduğu vəzifələri yerinə yetirib. Son 10 ildə isə DQ-ın
inkişaf dövrü kimi səciyyələndirilməlidir: "Bizim əsgərlər dünyanın ən yaxşı əsgərlərindən
biridir. Bu gün DQ-nın peşəkarlığı yüksək səviyyədədir. Bu qiyməti bizə Ali Baş
Komandan verir. 1997-ci ildə Türkiyənin Jandarma Qoşunları ilə əməkdaşlığı var.
Bizim zabitlər Türkiyənin Jandarma Qoşunlarının məktəblərində təhsil alırlar, təlim
mərkəzilərində döyüş bacarıqlarını təkmilləşdirirlər".
O deyib ki, qoşunda şəxsi heyətin döyüş ruhu və əhval
ruhiyyəsi yüksək səviyyədədir: "Daxili Qoşunlarda tədris tam NATO
standartlarına uyğunlaşdırılıb. Bu gün bizim xüsusi təyinatlı dəstələr müqavilə
şərtləri ilə xidmət aparır. Bu da onların peşə hazırlığının yüksək səviyyədə
saxlamağa imkan verir. Xüsusi təyinatların döyüş bacarığı yüksək səviyyədədir.
Daxili Qoşunların zabit-gizir heyətinin sosial vəziyyətinin yaxşılaşdırılması
üçün lazımı işlər aparılıb, hərbi şəhərciklərdə vəziyyət yüksək səviyyədədir:
"Elektrik, istilik sistemləri hərbi şəhərciklərdə və əsgər kazarmalarda fasiləsiz
olması üçün texniki işlər həyata keçirilib. Əsgərlərə normativ 4250 kilokalori
olsa da biz bunu artıraraq, 5 min kilokalori etmişik. Əsgərin çəkisi nəzarətdə
saxlanılır".
Z.Həsənov bildirib ki, Daxili Qoşunların hərbi bölmələri
müasir əməliyyat aparmağa hazırdır: "Daxili Qoşunların ən müasir artilleriya
kompleksləri var, xüsusi təyinatları formalaşıb. Şəxsi heyətin atəş və döyüş
hazırlığı yüksək səviyyədədir".
Onun sözlərinə görə, Daxili İşlər Nazirliyinin Ali
Hərbi Məktəbi 2013-2014-cü ildə yaradılması nəzərdə tutulub. Bu məktəbdə daxili
işlər sistemi üzrə zabit hazırlıqları həyata keçiriləcək: "Zabitlərin səviyyəsini
qaldırmaq üçün 2008-ci ildə orta ixtisas zabit məktəbi yaradılıb. Bura Daxili
Qoşunlarda əsgər kimi xidmət etmiş, müsbət xarakterizə olunanlara həmin məktəbə
daxil olmağa şərait yaradırıq. Artıq məktəbin iki buraxılışı olub.
General-leytenant zabit və gizirlərin sosial vəziyyətinin
yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında da danışıb: "Hazırda Daxili
Qoşunların zabitlərinin 80 faizi xidməti mənzillə təmin olunub. Bu il ərzində
700 nəfərə mənzil verilib. Bu işlər gələcəkdə də davam etdiriləcək\".
O, əsgər ölümlərinin qarşısının alınması üçün təhlillər
aparıldığını söyləyib: \"Psixoloji baxımdan insanlar fərqlidir. Xəstəliklə
rəhmətə gedənlər olur. Təhlükəsizlik qaydalarını pozurlar. Bəzən mülkidən gələn
zaman diaqnozu düzgün qurmurlar. Çalışırıq ki, xəstə olması üzə çıxanda geri
qaytarırıq. Təhlükəsizlik qaydalarının pozulması ilə bağlı isə bizdə istisna
haldır. Lakin baş verir. Bəzən şüurlu yanaşmırlar. Bəzən komandiri cəzalandırırıq.
Ancaq bu uşaq baxçası deyil. İnsana ora getmə bura get demək olmaz. Tərbiyə
işində sosial bərabərliyə riayət olunur. İctimai nəzarətin tərəfdarıyam\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB