Sabah paytaxt Bakıda sulu qar yağacaq. Bu barədə SİA-ya məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilib. Məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qara keçəcəyi, axşama doğru isə tədricən kəsiləcəyi gözlənilir. Mülayim şimal küləyi arabir güclənəcək.
Havanın temperaturunun gecə 0-2 dərəcə isti, gündüz 3-5 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında martın 8-də hava şəraitinin respublikanın şimal rayonlarından başlayaraq fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Mülayim qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 10-15 dərəcə şaxta olacağı gözlənilir.
Hava şəraitinin qısa icmalına görə isə, yaxın günlərdə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB