Ombudsman müəyyən etdiyi istiqamətlər üzrə silsilə müzakirələri davam etdirir
Ombudsman Elmira Süleymanova bu günlərdə dövlət hakimiyyətinin mərkəzi, şəhər, rayon miqyaslı orqanlarının, nümayəndəli orqanların, müvafiq nazirlik, komitə və idarələrin rəhbər işçilərinin ixtisasartırma kursunda "Azərbaycanda uşaq hüquqlarının təmin edilməsi: qanunvericilik və icra mexanizmləri" mövzusunda mühazirə oxuyub. SİA-nın xəbərinə görə, o, qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə qadın müdavimləri təbrik edib. Uşaq hüquqları sahəsində mövcud qanunvericilik və icra mexanizmləri haqqında ətraflı məlumat verib, mövcud problemlər və onların həlli yollarına diqqəti cəlb edib.
Ombudsman Azərbaycanda uşaqların və gənclərin hüquqlarının müdafiəsinin prioritet məsələlərdən olduğunu, ölkəmizdə bu istiqamətdə böyük işlər görüldüyünü, uşaq və gənclərin mənafeyinin, maraqlarının qorunduğunu vurğulayıb. O, ölkədə insan hüquqları, o cümlədən uşaq hüquqları sahəsində mütərəqqi dəyişikliklərin olduğunu, dövlət tərəfindən uşaqlara böyük diqqət yetirildiyini, onların problemlərinin həllində addımlar atıldığını, insan hüquqları, o cümlədən uşaq hüquqları sahəsində milli qanunvericiliyin təkmilləşdirildiyini bildirib.
Sonra Ombudsman Aparatının sektor müdiri Rəşid Rumzadə və Müvəkkilin uşaq hüquqları üzrə ixtisaslaşdırılmış müşaviri Nigar Şəbiyeva MFP-nin uşaq hüquqları ilə bağlı müddəaları üzrə təqdimatlar edibş, slaydlar göstərilib. Müzakirələr canlı fikir mübadiləsi şəraitində keçib, müvəkkil MFP-nin müddəalarına uyğun olaraq, dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətinin daha da təkmilləşdirilməsinin zəruriliyini, bu ixtisasartırma kurslarının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, müdavimlərə uğurlar arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB