Qarabağda qadınlar günü münasibətilə geniş tədbirlər keçirilib

Qarabağda qadınlar günü münasibətilə geniş tədbirlər keçirilib

Paytaxtda olduğu kimi Bərdədə və Ağdamda da 8 mart Qadınlar Bayramı təntənəli şəkildə qeyd edilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Bərdədə keçirilən tədbirdə icra başçısı, rayon ictimaiyyəti, müxtəlif təşkilat və idarələrin qadın işçiləri iştirak ediblər.


Tədbiri icra başçısının müavini Fəqət Şadlinskaya açıq elan edib. Daha sonra idarə və təşkilatların xanım nümayəndələri çıxış edərək dövlətin xanımlara ayırdığı diqqət və qayğıdan söhbət açıblar.

Ağdamda keçirilən tədbirdə isə icra hakimiyyəti, Yeni Azərbaycan Partiyasının üzvləri, rayon ictimaiyyəti, idarə və təşkilatların qadın nümayəndələri ilə yanaşı məktəblilər də iştirak ediblər.


Qeyd edək ki, tədbirdə Ağdamın \"Şur\" ansamblının solistləri, gənc muğam ifaçıları rəngarəng kompozisiyalarla qonaqların könlünü oxşadılar. Tədbirdə çıxış edən rayon ziyalıları dövlətimizin qadınlara ayırdığı diqqətdən bəhs etdilər. Onlar bildirdilər ki, Azərbaycanın hər yerində olduğu kimi Ağdamda da qadınlar ölkəmizin çiçəklənməsinə çox böyük töhfələr verirlər.



Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə