Mağazalarda qanun pozuntusu aşkar edilib

Mağazalarda qanun pozuntusu aşkar edilib

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Z.Tağıyev küçəsi, ev 14 ünvanında Emin Əliömərova məxsus mağazada yoxlama aparılıb. Yoxlama zamanı mağazada "Bütün mallara 40-50% endirim" qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halı müəyyən edilib.

Belə ki, satışda olan mallara heç bir endirimin tətbiq olunmadığı aşkarlanıb. Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qeyri-dəqiq reklamın yayımı dayandırılıb. Nazirlikdən SİA-ya verilən məlumata görə, aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar, qanunvericiliyə uyğun tədbirlər görüləcək.


Bütün xəbərlər Facebook səhifəmizdə