Raqub Mirzəyev: \"Qanunsuz ov edən 129 nəfər saxlanılıb\"

Raqub Mirzəyev: \"Qanunsuz ov edən 129 nəfər saxlanılıb\"
Ölkə ərazisində çöl quşlarının ovlanması qanunla qadağan edilib. Lakin ayrı-ayrı şəxslər tərəfindən bu qaydalar tamamilə pozularaq qanunsuz ov edilməsi halları bu gün də müşahidə edilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən SİA-ya verilən məlumata görə, keçirilən reydlər zamanı bu ilin ilk iki ayı ərzində 129 nəfər qanunları pozaraq ov etdiyinə görə saxalanılıb. Onlardan 118 ədəd ov tüfəngi, 310 patron, 230 ədəd ovlanmış çöl quşu müsadirə edilib. 48 nəfər şəxsin isə hər biri 1000 manat cərimə edilib. Bununla yanaşı şəxsiyyəti məlum olmayan 35 nəfər barədə isə hüquq mühafizə orqanlarına müraciət edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Raqub Mirzəyev keçirilən reydlər zamanı qanuna tabe olmayan şəxslərin də olduğunu deyir. Belə ki, Cəlilabad rayonu ərazisində aparılan reyd zamanı 5 nəfəri qanunsuz ov edərkən saxlanılıb. Lakin onlar müqavimət göstərərək nazirliyin əməkdaşlarına güllə atmaqla ərazidən uzaqlaşa biliblər: "Baş verən hadisə ilə əlaqədar olaraq Cəlilabad rayon hüquq mühafizə orqanlaraına müraciət edilib. Bu tip hadisələr Abşeron rayonu ərazisində, Sahil qəsəbəsində, Xəzər rayonu, İmişli, Nefçala rayonları ərazilərində daha çox müşahidə edilir".

Nazirlik rəsmisi deyir ki, ötən il çöl quşlarının ovlanmasına edilən qadağalardan əvvəl qanuni ov tüfəngi olan hər kəs lisenziya almaqla ov edə bilərdi. Amma bir şərtlə ki, qırmızı kitaba düşən quşların ovlanmasına yol verilməsin. Lakin quş qripi yayıldığı müddətdə Dövlət Baytarlıq İdarəsi tərəfindən çöl quşlarının ovlanmasına qoyulan qadağalar ov edənləri məyus etdi. Hazırda istər çöl quşları istərsə də heyvanların ovlanması tam qadağan edilib. Raqub Mirzəyev deyir ki, hər il yay fəslinin sonlarında nazirlik tərəfində çöl heyvanlarının ovlanması üçün icazə verilir, lakin, bu da xüsusi şərtlər altında: "Ov etmək üçün sənədli ov tüfəngi olmalıdır. Bunula yanaşı ov etmək istəyən şəxsə nazirliyin yerli idarələri tərəfindən ov edilməsi ilə bağlı lisenziya verilməlidir. Hətta ovçular xüsusi təyin edilən ərazilərdə ov edə bilərlər".

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyatı qurumları tərəfindən qanunsuz ov hallarının qarşısının alınması ilə əlaqədar reydlər davam etdirilir. Reydlər zamanı müsadirə edilən ovlanan çöl quşları və heyvanlar aktlaşdılrılaraq yandırılır. İnzibati xətalar məcəlləsinin müvafiq bənlərinə əsasən qadağan olunan ov silahı, qadağan olunan quşların ovlanması və qadağan edilən şəxslər tərəfindən ovculuqla məşğul olmaq tam yasaqlanaraq 1000 manatdan 2000 manata kimi cərimə edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə