Sahibə Qafarova: \"Həmsədrlər ötən müddət ərzində sadəcə regiona səfərlər etməklə kifayətnəliblər\" - MÜNASİBƏT

Sahibə Qafarova: \"Həmsədrlər ötən müddət ərzində sadəcə regiona səfərlər etməklə kifayətnəliblər\" - MÜNASİBƏT

\"Azərbaycan sülh istəyən, əmin-amanlıq tərəfdarı olan ölkə kimi, 20 ildən çox davam edən Ermənistan-Azərbaycan münaqişəsinin hər zaman danışıqlar yolu illə həllinə tərəfdar olduğunu ortaya qoyub. Məhz elə bu səbəbdən ölkəmiz münaqişəsinin dinc, danışıqlar yolu ilə həllində vasitəçilik missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu onun həmsədrlər institutu formatına üstünlük verib\". SİA-nın xəbərinə görə, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Sahibə Qafarova deyib.

Onun sözlərinə görə, böyük gözləntilər olmasına baxmayaraq, ATƏT-in Minsk qrupunun həmsədrləri ötən dövr ərzində Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə ədalətli həlli istiqamətində səmərəli fəaliyyət ortaya qoya bilməyiblər.

Millət vəkili qeyd edib ki, ATƏT-in Minsk qrupunun yaranmasından 20 il, həmsədrlər institutu formatının formalaşdırılmasından isə təxminən 16 il ötsə də, münaqişənin həlli istiqamətində bir addım belə olsun, irəliyə doğru addım atılmayıb: \"ATƏT-in Minsk qrupu, xüsusilə, həmsədrlər ötən müddət ərzində sadəcə, regiona səfərlər etməklə, görüşlər keçirməklə, müxtəlif məzmunlu bəyanatlar verməklə kifayətləniblər. Onlar təcavüzkarın yerində oturdulması, konstruktiv mövqeyə gəlməyə məcbur edilməsi istiqamətində heç bir tutarlı addımlar atmayıblar, öz təzyiq mexanizmlərindən istifadə etməyiblər. Danışıqlar prosesi nə qədər uzun çəksə də, Azərbaycan tərəfi olaraq, biz sülh imkanlarının, sülh limitinin tükənmədiyi qənaətindəyik. Bu baxımdan da, vasitəçilik missiyasını boynuna götürən ATƏT-in Minsk qrupu və onun həmsədrlər institutundan əməli, konkret, səmərəli fəaliyyət, münaqişədən əziyyət çəkən, işğala, təcavüzə məruz qalan tərəf olaraq, müsbət sonluqlu nəticə gözləyirik\".

Bütün xəbərlər Facebook səhifəmizdə