Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) və "Avropa Hüquqşünas tələbələr assosiasiyası" (ELSA), "Azərbaycan hüquqşünasları konfederasiyası" nın təmsilçiləri Avropalı gənclərlə görüş keçirib. SİA-nın məlumatına görə, Avropanın 12 ölkəsindən gələn gənclər və təşkilatların nümayəndələri ilə Azərbaycan gəncləri arasında keçirilən görüşdə bir sıra məsələlər müzakirə edilib.
Görüşün keçirilməsində əsas məqsəd Avropa və Azərbaycan gəncləri arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatları ilə tanışlıq xarakteri daşıyır.
Görüşdə ARGTMŞ-ın Beynəlxalq əlaqələr üzrə katibi Nail Abdulov, ELSA -ın İdarə Heyətinin üzvü və "Azərbaycan hüquqşünasları konfederasiyası"nı təmsil edən gənclər öz həmkarları ilə müxtəlif mövzularda müzakirələr aparıb. Avropalı gənclərin Azərbaycana tez-tez səfərlərinin təşkil edilməsi, o cümlədən ölkə gənclərinin də Avropaya inteqrasiyası məsələləri prioritet mövzulardan olub.
Qeyd edək ki, görüşdə Azərbaycan gəncləri öz Avropalı həmkarlarına işğalçı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat veriblər. Həmçinin işğal altında olan ərazilərdən 1 milyondan artıq qaçqın və məcburi köçkünlərin olması faktını diqqətə çatdırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB