Samux rayonun Sərkar kəndində yeni ticarət mərkəzi istifadəyə verilib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, tədbirdə rayon İcra Hakimiyyəti başçısı Vilyam Hacıyev, ictimaiyyət nümayəndələri və rayon əhalisi iştirak edib. Tədbirdə bildirilib ki, regionların sosial iqtisadi inkişaf Dövlət Proqramına uyğun olaraq Samux rayonun da sahibkarlıq inkişaf etdirilir. Yeni müəssisələr açılaraq istifadəyə verilir. Qeyd edək ki, Samux rayonun da yeni bazarın açılışı sözügedən işlərin davamıdır.
Daha sonra bazarın açılışını bildirən rəmzi qırmızı lent də kəsilib.
Sonra rayon icra hakimiyyəti başçısı Vilyam Hacıyev və digər qonaqlar bazarla tanış olub və satılan məhsullara baxıb. Yaşıl bazar adlanan ərazinin ümumi sahəsi 1 hektardır.
Məlumat üçün bildirək ki, burada 85 mağaza fəaliyyət ilə yanaşı həmçin 150 yaxın vətəndaş işlə təmin olunacaq.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB