Elektrik enerjisinin yenilənməsinə 2 mln manatdan artıq vəsait xərclənib
Gəncə şəhərinin enerji sisteminin yenilənməsinə başlanılıb. SİA-nın bölgə müxbirinin məlumatına görə, köhnə beton elektrik dirəkləri yeniləri ilə əvəzlənir, üstəlik elektrik naqilləri daha keyfiyyətliləri ilə əvəz edilir. Hazırda Gəncə şəhərinin elektrik enerjisinin yenilənməsi üçün \"Azərenerji\" tərəfindən 2.5 mln manatdan artıq vəsait xərclənib. İlkin mərhələdə tədbirlər şəhərin mərkəz prospektlərində aparılmaqdıdır. Gəncə şəhər Elektrik Şəbəkəsinin rəisi Əhməd Musayevin SİA-ya verdiyi məlumata görə, bu günə kimi 1545 ədəd elektrik dayaqları yeniləri ilə əvəzlənib.
Bundan əlavə \"Azərenerji\" rəsmilərinin göstərişi ilə yüksək gərginlikli xəttlərin yeraltı aparılması da həyata keçirilir.
Qeyd edək ki, tədbirlər planına uyğun olaraq bütün yüksək gərginlikli elektrik xəttlərinin yeraltı sistemlə yenidən çəkilməsi nəzərdə tutulur.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB