Türkiyədə Güney Azərbaycan Türklərinin forumu keçiriləcək

Türkiyədə Güney Azərbaycan Türklərinin forumu keçiriləcək

Aprelin 21-22-də Türkiyənin İzmir şəhərində Beynəlxaq, Güney Azərbaycan Türkləri forumunun iclası keçiriləcək. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə bu gün keçirilən mətbuat konfransında İzmir Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Camal Mehmetxanoğlu məlumat verib. Qeyd olunub ki, forumun əsas məqsədi İranda fars rejimin əsarətində yaşayan 30 milyondan çox Azərbaycan türkünün tapdalanmış insani və milli haqlarını dilə gətirmək və bunun beynəlxalq aləmdə çatdırılması üçün Milli Birliyinin yaradılmasıdır. Bildirilib ki, bu foruma tək Güney Azərbaycan türkləri deyil ümumilikdə, bütün Azərbaycanlılar dəvət olunub. Sədr həmçinin dedi ki, forumda partiyalar, QHT-lər, diaspora təşkilatları, tanınmış sənətçilər və mətbuat orqanlarının üzvləri iştirak edə bilərlər. Onun sözlərinə görə, forumda iştirak edəcək hər kəs öz xərclərini öz daxili imkanları hesabına ödəyəcək.




Bütün xəbərlər Facebook səhifəmizdə