Mübariz Əhmədoğlu: \"Azərbaycan torpaqlarının işğalı 1988-ci ilin fevral ayında baş verənlərdən qaynaqlanıb\"

Mübariz Əhmədoğlu: \"Azərbaycan torpaqlarının işğalı 1988-ci ilin fevral ayında baş verənlərdən qaynaqlanıb\"
\"1988-ci ilin fevral ayında baş verənləri vahid siyasi proses kimi qəbul edib, vahid cinayət işinin açılması məqsədəuyğundur\". SİA-nın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.


O qeyd edib ki, 1988-ci il fevralın 20-də ermənilərin DQMV-nin Azərbaycan SSRİ-nin tərkibindən çıxarılıb Ermənistan SSR-in tərkibinə birləşdirməklə bağlı qərarı, 1988-ci il 22 fevral tarixində iki azərbaycanlı gəncin ermənilər tərəfindən şüurlu şəkildə qətlə yetirilməsi və 1988-ci ilin fevralın 27-28-də Sumqayıtda törədilən hadisələr vahid prosesin bir-birinə bağlı müxtəlif halqalarıdır.


\"Sonrakı qırğınlar, o cümlədən Xocalı soyqırımı və Azərbaycan torpaqlarının işğalına gedən yol da 1988-ci ilin fevral ayında baş verənlərdən qaynaqlanıb. Ona görə 1988-ci il fevralın 20, 22 və 27-28-də baş verənləri vahid siyasi proses kimi qəbul edib, vahid cinayət işinin açılması daha məqsədəuyğundur\", - politoloq deyib.


Onun sözlərinə görə, Ermənistan rəhbərliyinin baş verənləri dərk etməyə gücü çatmır və ya dərk etmək istəmirlər. Ona görə də əlavə tədbirlərə ehtiyac vardır.

Bütün xəbərlər Facebook səhifəmizdə